Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" klubunun rəqibi olan "Qalatasaray" oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Unikal.org xəbər verir ki, Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib.
Məlumata görə, Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.
Qapıçılar: Okan Kocuk, Fatih Öztürk
Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.
Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.
Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.
Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də Bakı Olimpiya Stadionunda "Neftçi"nin qonağı olacaq.