Fransanın PSJ klubunun futbolçusu Neymar 7 oyunluq cəza ilə üzləşə bilər.
Unikal.org "RMC Sport"a istinadən xəbər verir ki, səbəb 28 yaşlı hücumçunun Liqa1-in II turunda evdə "Marsel"lə matçda rəqib oyunçu Alvaro Qonsalesi vurmasıdır.
Braziliyalı forvard 4 - 7 oyunluq cəza ilə üzləşəcək.
Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Neymardan başqa, 4 oyunçu da qırmızı vərəqə ilə cəzalandırılıb.