19 sentyabr saat 00:00-dan xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan ikigünlük məhdudiyyət başa çatıb.
Unikal.org xəbər verir ki, bu gün saat 06:00-dan etibarən vətəndaşlar fəaliyyətinə icazə verilmiş ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.