Dövlət Gömrük Komitəsi (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Bu barədə Unikal.org-a DGK-dan məlumat verilib.
Baxış zamanı avtomobilin salonunda əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük orqanlarına bəyan edilməyən 6 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları, müxtəlif adda 258 ədəd həb, 93 kapsul, 5 ampul, 2 flakon və bir ədəd maz olmaqla dərman preparatları, həmçinin 44 ədəd qarışıq kosmetik məhsullar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.