Otuz il ərzində torpaqlarına həsrət qalmış Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır və Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etmək üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır, bu, onun haqq işidir. Bəzi dövlətlər və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Nəticə isə göz qabağındadır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Həlak olanların arasında məktəbli uşaqların, yaşlı insanların olması isə bizi xüsusilə narahat edir. Dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan dövlətinin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyi ciddi təəssüf və narahatçılıq doğurur.
BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır. Ermənistan hökumətinin işğalçı siyasətinə qarşı Azərbaycan ordusu öz torpaqları uğrunda son damla qanına kimi vuruşmağa hazırdır, elə buna görə də bütün Azərbaycan müharibənin başlanmasına sevinir, çünki haqlı olduğunu bilir.
Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən ermənilər hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını da döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxmış Azərbaycan öz əzmini dəyişmək fikrində deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabrda “Əl-Cəzairə” televiziya kanalına verdiyi müsahibədə və 4 oktyabrda Azərbaycan xalqına müraciətində onun öz siyasətində və bugünkü mövqeyində dönməz olduğunu bir daha nümayiş etdirir. Cənab Prezident bildirdi ki, “Bizi döyüşləri dayandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirirəm ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Ermənistan deyil, eyni zamanda Azərbaycan xalqından üzr istəsin. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür.” Dövlət rəhbərinin belə dönməz mövqeyi döyüşçülərimizin də əzmini artırır. Ali Baş Komandanımızın Ordumuzun daha bir qələbəsini elan etməsi, “Madagiz azad edildi. Bayrağımız Madagizdə dalğalanır və onun tarixi adı bərpa edildi: Suqovuşan. Rəşadətli ordumuz Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdi. Qarabağ Azərbaycandır!” bəyənatları Azərbaycan xalqının qələbə səlnaməsinin parlaq səhifələrindənir.
Milli Məcisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov: