Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” də bildirib.

“300+ kaset tipli bombaların qəlpələri ətrafa yaılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”,  deyə H.Hacıyev vurğulayıb.