Ermənistanın Azərbaycanda dinc əhalinin yaşadığı ərazilərə “Toçka-U” raketləri ilə zərbələr endirməsini təsdiqləyən video ortaya çıxıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə “Twitter” hesabında paylaşım edib.

Görüntülərdə iki fərqli mövqedən ermənilərin “Toçka-U” raketlərini Azərbaycan istiqamətində buraxması əks olunub. İşğalçı ordunun hərbçilərinin beynəlxalq hüququn kobud şəkildə pozulması hesab olunan bu addımı böyük canfəşanlıqla icra etdiyi görünür.