Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raketlər atıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitter hesabında paylaşım edib. 

O bildirib ki, raket boru kəmərindən 10 metr aralı düşüb. “300+” kaset tipli bombaların qəlpələri isə ətrafa yayılıb, kəmərə ziyan dəyməyib. 

"ANAMA hadisə yerində fəaliyyət göstərir. Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, - deyə H.Hacıyev paylaşımında yazıb.