Rusiyada parkda əylənməyə gələn azyaşlı həyatından olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yelləncəkdə sürətlə yellənən 9 yaşlı oğlan tarazlığını itirərək zərbə ilə beton döşəməyə düşüb.
Bu zaman ətrafda olan insanların köməyi ilə oğlan xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.