Prezidentin köməkçisi Hikmət Hacıyev işğalçı Ermənistan ərazisindən Bərdə və Tərtəri hədəf alan raketin məhv edildiyi anın görüntülərini paylaşıb.
Unikal.org xəbər verir ki, Prezident Administrasiyasının xarisi siyasət məsələləri şöbəsinin müdiri öz tvitter səhifəsində bunları qeyd edib:
“Azərbaycanın Bərdə və Tərtər şəhərlərinə hücum edərək mülki insanları hədəf alan Ermənistanın “Qrad” raket atıcısı dəqiq idarəolunan raketlə məhv edildi. Bir çox günahsız mülki şəxsin həyatı xilas olundu və mülki infrastruktura potensial zərərin qarşısı alındı”.
Grad missile launcher of #Armenia which attacked Azerbaijani cities of Barda and Tartar and attacked civilians was destroyed with precision guided missile. Lives of many innocent civilians saved and potential damage to civil infrastructure was prevented. #KarabakhisAzerbaijan pic.twitter.com/eBIqv4kZhg
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 8, 2020