"Uşaqlardan xahiş edirik ki, hər hansı mərmi görsələr, mütləq valideynlərinə müraciət etsinlər, tanımadıqları obyektə toxunmasınlar. Həmçinin sakinlər də tanımadıqları obyekti gördükdə lazımi qurumlara məlumat versinlər".

Unikal.org-un məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib.

"Tapıntıların çoxu otlaq sahələrdə olur, mütləq onlara toxunmayın", - o qeyd edib.