Dünyanın nüfuzlu media quruluşlarından olan “Əl Cəzirə” telekanalının rəsmi internet səhifəsi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmasından yazıb.
Unikal.org xəbər verir ki, Gəncədən hazırlanan reportajda Ermənistanın mülki əhalini hədəfə alması qeyd edilib.
Reportajda bu hərbi cinayət nəticəsində valideynlərini itirən Sevil və Hüseyn Əliyevalardan da bəhs edilir.
“Valideynlərim yatmışdı, mən isə film izələyirdim. Birdən partlayış səsi eşitdim. Divarlar, böyük daş parçaları üzərimə aşdı. Anamdan səs gəlmədi. Atam mənə zəng elədi, amma birdən onun da səsi kəsildi”, - Sevil Əliyeva dəhşətli hadisə barədə “Əl Cəzirə”yə danışarkən deyib.