Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə müxtəlif növ çəkikimi balıq körpələrinin növbəti buraxılışı həyata keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Unikal.org-a bildirib ki, tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən 3 milyona yaxın çəkikimi balıq körpəsi Kiçik Qızılağac körfəzinə buraxılıb.
F.Əliyevin sözlərinə görə sentyabr-oktyabr ayları ərzində Kiçik Qızılağac körfəzinə, Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur kimi balıq körpələrinin buraxılışı həyata keçirilib.