Yer ABŞ-da prezident seçkilərindən bir gün öncə asteroidlə toqquşa bilər.
Unikal.org xəbər verir ki, bu barədə amerikalı astrofizik Nil Deqrass Tayson özünün “Instagram” səhifəsində yazıb.
“Soyuducu ölçüsündə olan kosmik daş, 2018VP asteroidi saatda 25 min mil (saatda 40,2 min kilometr) sürətlə bizə tərəf uçur. O, Yerə noyabrın 2-də, prezident seçkilərindən bir gün öncə dəyə bilər”, - deyə alim bildirib.
Tayson qeyd edib ki, asteroid zərər verəcək qədər böyük deyil.