Türkiyədə son sutka ərzində 75 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, daha 1958 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9371, virusa yoluxanlar isə 349 min 519 nəfərə çatıb.
Türkiyədə indiyədək 305 min 427 pasiyent (son sutkada 1424 nəfər) sağalaraq evə buraxılıb.