Türkiyənin Çanaqqala ərazisində yeni bir virus baş qaldırıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Biga səmtində xırda mal-qara müəssisəsində qoyun və keçilərdə çiçək xəstəliyi meydana gəlib. Bu səbəblə bölgədəki 15 kənd karantinə alınıb.
Aidiyyatı qurumların sözlərinə əsasən, xəstəliyin qarşısını almaq üçün Çanaqqala ərazsinin Sinekçi, Hacıpehlivan, Yenimahalle və digər kəndləri xüsusi nəzarətə götürülüb.