Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 194 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 19 857 nəfərə, ölənlərin sayı 158 nəfərə çatıb.
Gürcüstanda koronavirus səbəbi ilə 6 407 nəfər karantində saxlanılır. Koronavirusa yoluxanlardan 8 666 nəfərin sağaldığı bildirilir.