Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinə casusluq etməkdə ittiham olunan şəxs saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə “The Washington Post” türkiyəli məmura istinadla yazır.
Onun sözlərinə əsasən, Türkiyənin xüsusi xidmət orqanları Birləşmiş Ərəb Əmirliklərinə casusluq etməkdə şübhəli bilinən İordaniya vətəndaşı, 45 yaşlı Əhməd əl-Astalı saxlayıb.
Məmur qeyd edib ki, Astalın işi Türkiyədəki siyasi vəziyyəti və sürgündə yaşayan ərəb müxalifləri izləyərək, ancaq ləqəbləri ilə tanıdığı əmirlik kuratorlarına topladığı məlumatları çatdırmaqdan ibarət idi.