İranda son sutka ərzində 5039 nəfər koronavirus infeksiyasına yoluxub, 322 pasiyent isə vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmisi Səadət Lari bildirib. Onun sözlərinə görə, bununla ölkədə virusa yoluxanların sayı 539 min 670, ölənlərin sayı isə 31 min 34-ə çatıb.

İndiyədək 436 min 675 nəfər sağalaraq evə buraxılıb. Hazırda 4810-dan çox xəstənin vəziyyəti ağır qiymətləndirilir.