Dünyada son bir həftə ərzində koronavirus infeksiyasına yoluxanların sayı 2,4 milyon nəfərdən çox artıb.
Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilir ki, bu qərəmlər COVID-19 pandemiyası dövründə həftəlik qeydə alınan rekord göstəricidir.
ÜST-nin məlumatına əsasən, koronavirusa yoluxma halları sürətlə artır, ölüm sayı nisbətən stabildir. Belə ki, 7 gündə 2.4 milyondan çox yeni yoluxma halı, 36 mindən çox ölüm faktı aşkarlanıb.