Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan infeksiya ilə bağlı həyəcan təbili çalıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat Yəmənin şimalında son 9 ayda 76 nəfərin dang qızdırması səbəbindən həyatını itirməsi ilə bağlı məlumat yayıb.
Belə ki, 38 516 nəfər yoluxmada şüphəli bilindiyi üçün test edilib. Testin nəticələrinə əsasən, 92 faiz yoluxma Marib, Hudeyde, Taiz və Hacce bölgələrində qeydə alınıb.
Qeyd edək ki, ağcaqanadlar vasitəsi ilə ötürülən xəstəlik yağışın çox yağdığı fəsillərdə, əsasən də iyun-sentyabr aylarında artır.