Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, Kliçkonun COVID-19 testinin cavabı müsbət olub. O, hazırda özünü yaxşı hiss etdiyini bildirib və ev şəraitində müalicə alacağını deyib.

Bundan əlavə, mer kiyevliləri karantin rejiminə ciddi əməl etməyə çağırıb.