Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 52 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 6820 nəfərə çatıb.
Moskvada indiyədək 424 mindən çox insan virusa yoluxub, 311 mindən çox pasiyent sağalıb.