Braziliyada koronavirus pandemiyası sona çatır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ölkə prezidenti Jair Bolsonaru xəbər yayıb.

Bununla bağlı öz nitqində o, COVID-19 vaksini barədə fikir ayrılığı yaşadığı San-Paulu ştatının  qubernatoru Joau Dorianı da xatırlayıb.

“Pandemiya sona çatır. Düşünürəm ki, buna görə də Doria təcili vaksinasiya istəyir. Çünki pandemiya sona çatdıqda o, deyəcək: “Əlbəttə, hər şey mənim vaksinim sayəsində oldu! Aydındır?”, - deyə Bolsonaru izah edib.

O, həmçinin Doria idarəetməsinin başa çatmaq üzrə olduğunu da vurğulayıb.