ABŞ Prezidenti Donald Tramp üç noyabrda keçiriləcək prezident seçkilərdən sonra istirahətə ehtiyacının olacağını etiraf edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı bunu Pensilvaniya ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
“Bu gün üç mitinq planlaşdırılmışdı, sabah beş olacaq. Bu mitinqlərdə ən az 25 min insanın iştirak edəcəyi gözlənilir. Seçkilərdən sonra nə edəcəyimizi bilmirəm. Düşünürəm ki, evə gedib istirahət edəcəyik”, - deyə D.Tramp insanlar qarşısında çıxış edərkən söyləyib.