Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

15:34

xxx

İzmirdəki zəlzələdən ölənlərin sayı 60 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə İzmir Böyük Şəhər Bələdiyyə sədri Tunç Soyer bildirib.

Bələdiyə sədri qeyd edib ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 940 nəfərdir.

12:27

xxx

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində 896 nəfər xəsarət alıb. Onlardan 667-si xəstəxanadan evə buraxılıb, 229-nun müalicəsi isə davam etdirilir.

09:02

XXX

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 43 nəfər çatıb.

Unikal.org “Milliyet”ə mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayılıb.

Bildirilib ki, 896 nəfər xəsarət alıb.