Türkiyənin Aydın şəhərinin Kuşadası bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alıb. Kuşadası körfəzindən 17,62 kilometr aralıdakı titrəmənin dəniz səthindən təxminən 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.