Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər dünyasını dəyişib, 2106  nəfər isə virusa yoluxub.

Unikal.org xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  10,326-ə, yoluxanların sayı isə 377,473-ə çatıb. Ağır xəstələrin sayı 2,177 nəfər təşkil edir.

Ümumilikdə 14 milyondan çox (14,125,157) insan test olunub.