İranda son sutka ərzində 434 nəfər koronavirus infeksiyasından ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 35 298-ə çatıb.

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, İranda ötən 24 saat ərzində 7719 nəfər koronavirusa yoluxub. Virusa yoluxanların ümumi sayı 620 491 nəfərdir. Hazırda 5244 nəfərin vəziyyəti ağırdır. İndiyədək 486 691 pasiyent sağalıb.