İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 440 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 35 738 nəfərə çatıb. Son 24 saat ərzində 8 288 yeni yoluxma qeydə alınıb ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 628 780 nəfərə yüksəlib, 491 247 nəfər xəstəlikdən sağalıb.
Hazırda virus daşıyıcısı olanlardan 5 315 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.