İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 109 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
***
15:23
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 107 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, təbii fəlakət nəticəsində ümumilikdə 1027 nəfər xəsarət alıb. Onlardan 883-ü xəstəxanadan evə buraxılıb, 144-nün müalicəsi davam etdirilir.
17 binanın 13-ündə axtarış-xilasetmə işləri yekunlaşıb
***
13:51
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 105 nəfərə çatıb.
Unikal.org xəbər verir ki,, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alan 1 027 nəfərdən 883-ü xəstəxanadan evə buraxılıb.
***
09:22
30 oktyabrda Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, 147 nəfərin müalicəsi davam etdirilir.
***
04:26
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 98 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
***02:04
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 95 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alanların sayı 994 nəfər olub, onlardan 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.
***2 noyabr 22:48
İzmirdə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 92 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar zamanı yaralananlardan 147 nəfərin müalicəsi davam edir.
Xatırladaq ki, oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən sonra bölgədə şiddəti 1-5,1 bal arasında olan 1230 afterşok qeydə alınıb.