Avstriyanın paytaxtı Vyanada baş vermiş atışma nəticəsində azı 15 nəfər yaralanıb, onlardan yeddisinin xəsarətləri ağırdır.

Unikal.org  xəbər verir ki, bu barədə yerli “ORF” telekanalı tibb işçilərinə istinadən məlumat yayıb.

“Ümumilikdə 15 nəfər yaralanıb, onlardan yeddisinin ciddi xəsarətləri var”, - deyə telekanalın əməkdaşı canlı yayımda bildirib.

Qeyd edək ki, bundan əvvəl yerli “OE24” telekanalı insident zamanı 7 nəfərin ölməsi barədə xəbər vermişdi.

***00:26

Vyanada naməlum şəxs sinaqoqda olanlara 50 dəfə atəş açıb.

Unikal.org  “OE24” telekanalına istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Belə ki, şəxsiyyəti məlum olmayan şəxs sinaqoqda olan insanlara pulemyotla atəş açıb. Nəticədə yeddi nəfər güllə yarasından dünyasını dəyişib.

Daha sonra cinayətkar özünü partladıb.

Faktla bağlı araşdırma aparılır.