Türkiyənin Egey bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, zəlzələnin episentri İzmir vilayətinin Urla rayonudur. Təkanların ocağı yerin 6,85 kilometr dərinliyində yerləşir. Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.
Xatırladaq ki, İzmirdə oktyabrın 30-da baş vermiş zəlzələ nəticəsində azı 92 nəfər həlak olub.