Rusiyanın Nijni Novqorod bölgəsində keçmiş tarixçi Anatoliy Moskvin 2011-ci ildə törətdiyi cinayətə görə yenidən məhkəmə qarşısına çıxıb. 

Unikal.org xəbər verir ki, 53 yaşlı Moskvin həmin ildə vəfat etmiş 3-12 yaş arası 29 qızın cəsədini məzardan çıxararaq, cəsədləri mumya şəklinə salıb.

Daha sonra tarixçi mumyalanmış cəsədləri  evində "insan körpəsi" adlı kolleksiya yaradıb. Hadisədən xəbər tutan aidiyyatı qurumlar Moskvini həbs edib.  İllərdir davam edən məhkəmə qərarına əsasən, Moskvinin  cəsədlərini oğurladığı qızların ailələrdən üzr istənilməsi tələb olunub.  Lakin 53 yaşlı tarixçi buna əməl etməyərək: "Onlar artıq ölü idilər və ailələrin qızları üzərində hüquqları dəfn ediləndə bitib" -  deyə o, bildirib.