Türkiyənin İzmir şəhərində baş verən zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri zamanı Bob ləqəbli it dağıntılar altından pişiyi xilas etməyə kömək edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, kinoloji xidmətdən olan it dağıntılar altında, çökmüş iki mərtəbənin arasında sıxılıb qalan bir pişiyin olduğunu görüb.

Xilasedicilər divarları dağıdaraq pişiyi çıxarıb sahibinə təhvil veriblər. "Ümid" ləqəbli pişik zəlzələdən sonra təxminən 30 saat dağıntılar altında qalıb.

Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Hadisə nəticəsində şəhərin bir sıra binaları dağılıb.Təbii fəlakət Yunanıstanın yaxın adalarına da təsir edib. Son məlumatlara görə, hadisə nəticəsində 98 nəfər ölüb, 962 nəfər xəsarət alıb.