“Twitter” sosial şəbəkəsi bütün istifadəçilərinə, o cümlədən ABŞ prezidentliyinə namizədlərə rəsmi nəticələr açıqlanmadan seçkilərdə qələbə ilə bağlı paylaşım etməyi qadağan edib.
Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Şirkətdən bildirilib ki, rəsmi nəticə kimi ştatın seçki komissiyasının bəyanatı və ən azından iki etibarlı milli mətbuat orqanının proqnozları hesab oluna bilər.