İzmirdə baş verən şiddətli zəlzələdən sonra üzücü xəbərlər gəlməyə davam edir.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, ən dəhşətlisi isə bir ailənin beş üzvünü itirməsidir. Belə ki, 60 yaşlı nənə Arefe Yücel və dörd nəvəsi - 3 yaşlı Diren, 4 yaşlı Lena, 6 yaşlı Vera və 10 yaşlı Fedanın dağıntılar altından cansız bədəni çıxarılıb.
Ana Nilay Yücelin oyuncaqları əlində tutaraq dağılmış binanın qarşısında çarəsiz şəkildə övladlarının çıxarılmasını gözləməsi Türkiyə gündəmini zəbt etmişdi.