Latviya hökuməti koronavirusla mübarizə çərçivəsində ölkədə noyabrın 9-dan fövqəladə vəziyyət rejimi tətbiq etməyi planlaşdırır.

Unikal.org xəbər verir ki, bu barədə Latviya Baş naziri Krişyanis Karinş deyib.

“Latviyada vəziyyət çox ciddidir. Hər gün bir çox insan xəstələnir, bir çoxu xəstəxanalara müraciət edir və vəziyyəti ağırdır. Təəssüf ki, ölümlərin sayı hər gün artır, bu da hər bir ailə üçün faciədir”, - Baş nazir bildirib.