İzmirdə zəlzələ qurbanlarının sayı 114-ə yüksəlib. 137 nəfər xəstəxanada müalicə alır.
Bu barədə Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir.
***
02:50
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, təbii hadisə zamanı 1 035 nəfər yaralanıb. Onlardan 137 nəfərin müalicəsi davam edir.
Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.