Türkiyədə koronavirusa yoluxma sayında artım səbəbindən bir sıra məhdudiyyətlər yenidən qüvvəyə minib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan nazirlər Kabinetinin iclasından sonra elan edib. Beləliklə, yeni qərara əsasən:
Özəl sektorda və xidmət sahələrində növbəli iş saatı tətbiq ediləcək;
Bazar və marketlərdə nəzarət-yoxlamalar gücləndiriləcək;
Çatdırılma xidməti istisna olmaqla, restoranlar, gözəllik salonları, stadionlar, kinoteatrlar, konsert zalları, hovuzlar, nikah və toy zalları, kafelər, şirniyyat dükanları, internet-kafelər, eləcə də insnaların sıx toplaşdığı bütün iş yerləri saat 22:00-da bağlanacaq.