İzmirdə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan diş həkimi Zərifə Doğanın cansız bədəni tapılıb.
Unikal.org xəbər verir ki, xilasedicilər hadisədən 108 saat sonra onun cəsədini uçqun altından çıxara biliblər.
Həkimin zəlzələ zamanı binanın birinci mərtəbəsində yerləşən özəl diş klinikasında iş başında olduğu məlum olub. Mərhumun nəşi Ege Universiteti Tibb Fakültəsi xəstəxanasına aparılıb.
Qeyd edək ki, dünən Z. Doğanla birlikdə işləyən həkim Aslı Tanerin cəsədi tapılmışdı.