Gürcüstanda son sutkada koronavirusa 2 295 yeni yoluxma halı təsdiqlənib, 2 537 nəfər sağalıb, 19 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.Beləliklə, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 46 817 nəfərə çatıb. Həmin şəxslərin 31 170-i sağalıb, 381-i isə vəfat edib.
Hazırda karantin zonalarında 3 004, stasionar nəzarətdə 4 355 nəfər saxlanılır. 2 428 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə alır.