Hacıqabulda yol qəzası olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.