Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və yataq dəsti qismən yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.