Hacıqabul və Sabirabad rayonlarında yanğın olub.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Hacıqabul rayonunun Atbulaq kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa, Sabirabad rayonunun Qaragüney kəndində ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 110 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi, bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.