İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 115-ə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumata görə, yeraltı təkanlar zamanı xəsarət alan vətəndaşlardan biri həyatını itirib. Hazırda 26 nəfərin müalicəsi davam etdirilir.

Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir vilayətində 6,6 bal gücündə zəlzələ baş verib.