Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org-un məlumatına görə, hadisə axşam saatlarında Oğuz rayonu ərazisində baş verib.

Rayonun Qumlaq kənd sakini, 1978-ci il təvəllüdlü Əfqan Nurəddin oğlu Abdullayev idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına çıxan 2 camışı vurub. Nəticədə avtomobildə olan sərnişin, rayonun Dəymədərə kənd sakini, 1961-ci il təvəllüdlü Zərnigar Xəsil qızı Mustaqova xəsarət alıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.