Sumqayıt şəhərində ümumi sahəsi 150 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 45 kvadrat metr sahədə yanıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.