Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, rayonun Xındırıstan kəndi ərazisində kənd sakini N.İsmayılovun idarə etdiyi “QAZ-3129” və Bənövşələr qəsəbə sakini Nurəddin Bayramovun idarə etdiyi “VAZ-21011” markalı  avtomobillər toqquşub.

Hadisə nəticəsində N.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdirilib..

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.