Bərdə və Tovuz rayonlarında yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə rayonunun Qaradəmirçi kəndində ümumi sahəsi 24 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 8 m² sahədə yanıb. 

Tovuz rayonunun Qovlar şəhərində isə ümumi sahəsi 144 m² olan birmərtəbəli evin 2 otağının yanar və tavanının taxta atmaları 90 m² sahədə yanıb. 

Hər iki hadisə zamanı evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.